19 Ekim 2012 Cuma

Axtarış sistemləri nədir? İnternetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bu xidmətləri əldə etmək üçün insanlar ilk növbədə İnternetdəki axtarış sistemlərindən istifadə edirlər. İnternet şəbəkəsində informasiyanın sürətli artması şəbəkədə lazım olan informasiyanın axtarışını çətinləşdirir. Ekspertlərin dediyinə görə İnternerlə ötürülən informasiyanın həcmi hər yarım ildə iki dəfə artır. Hər gün milyonlarla yeni sənədlər yaranır və axtarış sistemləri olmasa onların İnternetdə axtarışı mümkün olmazdı. Qlobal şəbəkədə milyardlarla informasiya resursları içində asanlıqla lazım olanı seçə bilən axtarış sistemlərinə tələbat artmaqdadır. İnternetdə müasir axtarış sistemləri fəaliyyət göstərir. Hələ bir-neçə il öncə belə bir fikir var idi ki, "İnternetdə hər şey var, lakin lazım olanı tapmaq mümkün deyil". Lakin informasiya kataloqlarının, axtarış sistemlərinin və axtarış proqramlarının yaranması ilə vəziyyət dəyişmişdir. İndi çox zaman lazım olan informasiyanı İnternetdən tapmaq daha tez olur, nəinki masa üzərindəki kitabdan. İnternetdə informasiya axtarışı – İnternet mühitində yığılmış sənədlər çoxluğu içində istifadəçinin əldə etməyə çalışdığı və bunun üçün daxil etdiyi xüsusi informasiya sorğusuna uyğun gələn faktlar və məlumatların axtarışı prosesdir. Problem ondadır ki, İnternet mühitindəki veb-saytlar və səhifələr xaotik yerləşir və yüz milyonlarla veb-saytın hamısını nəzərdən keçirmək qeyri-mümkündür. Axtarış sistemi (Web search engine) və ya informasiya-axtarış sistemi (Information retrieval system) – İnternet şəbəkəsində soruşulan informasiyanın axtarışı, toplanması və sistemləşdirilməsi əməliyyatlarını yerinə yetirən portaldır.

Hiç yorum yok:

Yorum Gönder