19 Ekim 2012 Cuma

BING AXTARIS SISTEMI

Bing axtarış sistemi Bing, bing.com ünvanında yerləşən,Microsofta məxsus axtarış sistemidir. Bing təkamül yolu ilə inkişaf edib: 1. —2006-cı illə qədər o MSN Search (http://search.msn.com/) 2.2007-ci ilin martına qədər Windows Live Search (http://search.live.com/) adlanırdı.Sonralar isə Microsoft şirkəti onun adını dəyişdirdi və Bing qoydu. Hazırda dünyada ikinci ən böyük axtarış sistemi məhz Bing sayılır.Bəzi mənbələrə görə isə üçüncü sayılan Bing, Google və Yahoo! axtarış sistemləri ilə mübarizə aparır. Amma kəskin rəqabət şəraitində Microsoft və Yahoo! razılığa gəliblər ki, Yahoo Bing-in köməyindən yararlanacaq. Bing çox maraqlı axtarış mühərrikidir. Məsələn, hər gün onun fon şəkli(background image) dəyişir. Bəzi saytların isə axtarışda əlaqə telefonunu göstərir. Bingin şəkil axtarma funksiyası ayrı aləmdir. Çox maraqlı bir interfeys alınır. Bingdə idmana aid axtarış verəndə həmin gün baş vermiş oyunun hesabını deyir. Riyazi axtarışlar barədə isə heç danışmıram-bu,artıq axtarış mühərrikləri üçün defolt sayılır. Maraqlıdır ki,'define', 'definition' yaxud 'what is' və sonra axtardığınız ingiliscə sözü yazsanız, Bing sizə həmin sözünü lüğəvi mənasını bildirir. Amerikan istifadəçiləri üçün Bing xüsusilə gözəldir. Əgər kinonun adını yazsanız,Bing sizə həmin kinonun göstərildiyi kinoteatrları da göstərir ki,bu da rahatdır.Eyni şeyi şəhərin adı və hotel axtarışa verəndə də olur Hamı google-un tərəfdarı olsa da,deyim ki, Bing daim inkişaf edir və Quqldan geri qalmır. Məsələn, Bing Twitter canlı olaraq Twitterdəki tvitləri axtarır-bunu birinci dəfə Bing edib. Bing adının standart mənası yoxdur. Sadəcə ad gözəl səsləndiyinə,asan yadda qaldığına, bir az da bingo adına oxşadığına görə,bu adı secibler

Hiç yorum yok:

Yorum Gönder