22 Ekim 2012 Pazartesi

HTML 2


HTML ( Hyper Text Merkup Language) sizlərə internet saytları hazırlamaqda köməkçi bir dildir. Bu dil olduqca asan, qarışıq olmayan bir dildir. Hal - hazırda sayt açmaq üçün Frontpage, Namo, Dreamweaver kimi proqramlardan istifadə edilir. Bunun üçün də HTML dilini tam öyrənməyə ehtiyac yoxdur. HTML də dəqiqələr, saatlarca yazdığınız kodları, yadardığınız dizaynı bir neçə dəqiqədə hazır proqramların kömkliyilə həyata keçirmək mümkündür. Ancaq html bilmədən hazır proqramlardan istifadə etmək sizin üçün çətinliklər yarada bilər. Mən sizə bu dərsdə sadəcə giriş olaraq HTML-də əsas lazım olan funksiyalar haqda danışacam. Kodları həyata keçirmək üçün yuxarıda sadaladığım proqramlardan istifadə edə bilərsiniz. Eyni zaman da əməliyyat sistemi ilə birlikdə gələn Notepad ilə də html yaza bilərsiniz. Bunun üçün notepad açın və Save as edin. Saxladığınız faylın adını index.htm olaraq yazın. Artıq index.htm adlı bir html faylı yaratmış olduq. .
<HTML>
</HTML>

HTML yuxarıdakı şəkildə başlanmalıdır. Ümumiyyətcə HTML dilində bütün əmrlər də bir şeyi nəzərdən qaçırmayın: "Açdığını Bağla" Yuxarıdada gördüyünüz kimi <html> açılıq və </html> şəklində bağlanılır. Sadəcə əlavə olunan "/" işarədir. Yazacağımız bütün kodlardada bu şəkildə açılıq və bağlanılır. HTML əsas əmrlərinə diqqət edə:
Yuxarıdakı kod əmt mütləq bütün səhifələrdə saytın ən üstündə və ən altında olmalıdır. Başlanğıc <HTML>, sonu isə </HTML> ilə bitməlidir.


HEAD:
HTML-dən sonra gələn lazımlı kodları daxil etmək üçündür. Başlanğıcı <HEAD> şəklində yazarıq. Bunun əsas paramterlərindən istifadə etdikdən sonra ( TİTLE, META, LİNK, SCRİPT kimi) <\HEAD> şəklində bağlayırıq. Böyük və kiçik hərfləri nəzərə alınmır. Head arasında əsasən JavaScript kimi script kodlar yazılır ki, bunlar ekranda görsənmirlər.

TİTLE:
Ümumiyyətcə HEAD içərisində istifadə etdiyiniz kimi kənarəda ayrı olaraq da istifadə edə bilərsiniz. Saytın başlığı üçün istifadə edilir. Ən üst hissəsinin adını daxil etmək üçündür. <TİTLE>AzGraf.Com <\TİTLE> şəklində yazılır.


BODY:
BODY saytdakı bütün üzdə görsənən elementlərimizi təmin edir. Şəkil, Səs, Arrxa plan rəngi, Flash faylı v.s. Bunu Head kənarında yazmalıyıq. Açılıb bağlanmasıda digərləri kimidir. Dediklərimə bir nümunə göstərək.

<html>
<head>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
<title>Untitled Document</title>
</head>

<body>
</body>
</html>



Nümunəyə səhifənin skleti demək olar. Burada "əsas" kodlardan iki dəfə istifadə etmək olmaz. Yəni body ikinci bir yerdə açılıb bağlanarsa sayt xətalı olacaqdır. Bu xətanı siz görməyə bilərsiniz, lakin bəzi problemlərə gətirib çıxarda bilər.


Sətir Yaratmaq:


Yuxarıda sadəcə bir yazı yazmışdıq, ancaq mətin yazma işində bir çox özəlliklərin olduğunu bilirsiniz. Font dəyişdirmək, ölçusü, rəngi v.s kimi. Mətin yazaqkən HTML bir neçə üsullardan istifadə etmək olar. Aşağıda buna uyğun nümunə yazılmışdır. .

<html>
<head>
<title>AZGRAF</title>
</head>
<body>
<font color="red" size="+5" face="Tahoma">
AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ
</font>
</body>
</html>

Görüdüyünüz kimi ilk olaraq font-la başladım və font içərisinə color="red" olaraq rəngini, size="+5" ölçüsünü , face="Tahoma" olaraqda yazı növünü müəyyənləşdirdik və ">" işərasi ilə bağlayaraq yazını ekrana verdik. Ardından da </font> ilə bağlanıldı. Bu şəkildə font əmrinin nə olduğunu hesab edirəm anladınız.
<br> əmrini hər cümlənin sonunda artıraraq digər sətrə keçə bilərsiniz. Yuxarıdakı nümunəni yazın və cümlənin sonuna <br>artıraraq yoxlayın.

YAZI FORMATI :

Giriş dərsi olduğu üçün çox danışmaq istəmirəm formatlar haqdada məlumatınız yəqinki. Çünki veb dizayn olmaq istəyən hər hansı adam qalıqlıq, underline kimi funsiyalardan başqa proqramlarda istifadə etmiş olmaldır.

<b>bold </b> -Qalın yazı
<i> italic </i> -
Əyri yazı
Bu kiçik əmrləri istədiyiniz yazı və kodların arasında istifadə etməyiniz mümkündür. Nümunə:

<html>
<head>
<title>AZGRAF</title>
</head>
<body>
<center>
<font color="red" size="+5" face="Times New Roman, Times, serif"><a><i>
AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ</a></i>
</font>
</center>
</body>
</html>

Gördüyünüz kimi sadəcə yazının əvvəlinə və sonuna daxil etdik. Burada <center></center> əmrindəndə istifadə etdim. Adındanda məlum olduğu kimi yazını mərkəzə döğru çəkir. Ancaq font dan əvvəl yazılmalıdır. Yazıya aid digər və indiki kodlarımız haqda aşağıdakı qeydləri oxuyun.
<pre></pre> - Mətin editoru formatı. Mətndə sətrdən sətrə keçməyi asanlaşdırır.
<br> - Bir sətir aşağı keçirdir. Açdığını bağla əməliyyatına ehtiyac yoxdur .
<b></b> - Arasındakı ifadələri bold (qalın) şəklində göstərir.
<i></i> - Arasındakı ifadələri italic (əyik yazı) şəklində göstərir.
<u></u> - Arasındakı ifadələrin underlined (altından xətt) şəklində göstərir.

Hiç yorum yok:

Yorum Gönder