24 Ekim 2012 Çarşamba

MS DOS


MS-DOS əməliyyat sistemi

 İnformatikanın mhüm hissələrindən biri də əməliyyat sistemləridir. Əməliyyat sistemi dedikdə kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin də, istifadəçi ilə kömpüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Bu sistemlər-informasiyanın emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əməliyyat sistemlərinin əsas funksiyalarından biri informasiyanın daxil və xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir.

 Ən mühüm əməliyyat sistemlərindən biri də MS-DOS-dur. Bu əməliyyat sistemi 1981-ci ildə ABŞ-da İBM PC kompüterilə ilə eyni avxtda meydana gəlmişdir. Sistemin yaradıcısı müasir dövrdə ən çox gəlir gətirən firma olan Microsoft firmasıdır.

 MS-DOS əməliyyat sistemi birməsələli (birtapşırıqlı) əməliyyat sistemidir. Bu əməliyyat sistemi sistem vasitələrinə çox asanlıqla uyğunlaşır. Bunun səbəbi onun giriş və çıxışın baza sisteminin genişləndirilmə üçün açıq sistem olmasıdır. Bu xüsusiyyət imkan verir ki, istifadəçi öz sistem proqramlarını yazıb əməliyyat sisteminin standart proqramları siyahıya əlavə etsin.

 MS-DOS əməliyyat sisteminin bir neçə xüsusiyyəti var:kompüterlə əlaqə istifadəçinin daxil etdiyi əmrlərin köməyi ilə yerinə yetirilməsi,asanlıqla digər kompüterlərə keçirilməsi və çox da böyük olmayan yaddaş (640 kb) tələb etməsi.

 MS-DOS əməliyyat sistemi prqoramlarının icrasının yerinə yetirilməsi, fərdi kompüter resurslarının idarə edilməsi, prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə informasiya emalının təşkili, xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə yetirilməsi kimi funksiyaları yerinə yetirən kompleks proqramlara malikdir.

MS-DOS əməliyyat sistemi fayl sistemi, xarici qurğuların drayveri və əmrlər prosessoru kimi əsas hissələrdən ibarətdir. Fayl sistemi faylların özlərindən başqa, onların adlarının yaradılması qaydaları, onlara müraciət üsullarını, faylların disklərdə saxlanılmasını özündə birləşdirir. Xarici qurğuların drayveri fərdi kompüterin xarici qurğularının idarəolunmasını həyata keçirən xüsusi tip proqramlardır. Əmr dilinin prosessoru istifadəçi ilə fərdi kompüter arasında qarşılıqlı əlaqəni həyata keçirən, əməliyyat sisteminin COMMAND.COM adlanan faylıdır.

 MS-DOS əməliyyat sistemi aşağıdakı əsas komponentlərdən ibarətdir:

 1) giriş-çıxışının baza sistemi (BİOS)

 2) ilkin yükləmə modulu (boot record)

 3) BİOS-un genişləndirilməsi modulu (...BİO.COM)

 4) kəsilmələrin işlənməsi modulu (...DOS.COM)

 5) əmr dilinin prosessoru (COMMAND.COM)

 6) utilitlər (print.com, format.com və s.)

 Bu komponentlərə MS-DOS-un modulları da deyilir.

 Əsas komponentlərdən sayılan BİOS aparat proqram təşkilinə malikdir. O, daimi yaddaş qurğusunda yerləşir, sistem blokun üzərinə qoyulur. Yerdə qalan digər modullar isə diskdə ola bilərlər. Boot-record həmişə ixtiyari diskin 0 nömrəli sektorunun 0 saylı cığırında yerləşdirlir.

 ...BİO.COM və ...DOS.COM modulları da disk yaddaşının müəyyən sahəsində yerləşdirilir. Disk formatlaşdırılarkən bu sahə əməliyyat sisteminin modullarını yazmaq üçün ehtiyata alır. Sonradan bu sahəyə istifadəçi proqramları və utilitləri yazıla bilmirlər. Bu xüsusiyyəti isə əməliyyat sistemini təsadüfi korlanmalardan xilas edir. COMMAND.COM adi fayl kimi diskə yazılır.Əmə... liyyat sisteminin bütün modulları əsasən sistem diskində saxlanılırlar. Onlardan fərqli olaraq, utilitlər isə ixtiyari diskdə saxlanıla bilərlər.

MS DOS əməliyyat sistemi və onun əsas modulları

 MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS - DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC - komputerlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək HYPERLINK "http://az.wikipedia.org/w/index.php?title=Windows_9x&action=edit&redlin k=1" o "Windows 9x (səhifə mövcud deyil)" Windows 9x və HYPERLINK "http://az.wikipedia.org/wiki/Windows_NT" o "Windows NT" Windows NT -yə uyğunlaşdırılır.

 MS_DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). 2000-ci ildə kompaniya onun istehsalını dayandırdı.

 DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

 istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir;

 sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə'min etmək uçün struktur modulluğu;

 sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).

 DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müraciətdən mühafizə vasitələrinin olmamasıdır.

 Tarixi

 1980-ci ildə HYPERLINK "http://az.wikipedia.org/w/index.php?title=Seattle_Computer&action=edit& redlink=1" o "Seattle Computer (səhifə mövcud deyil)" Seattle Computer Productsdə işləyən Timon Paterson HYPERLINK "http://az.wikipedia.org/w/index.php?title=QDOS&action=edit&redlink=1" o "QDOS (səhifə mövcud deyil)" QDOSu (Quick and Dirty Operating System)yaratdı. Bu mehsul SCP-yə 86-DOS adı ilə satılırdı çünki İntel8086 prosessoru üçün yaradılmışdı. əslində QDOS öz bazasını o zamanlar məşhur əməliyyat sistemlərindən olan - Digital Research firması tərəfinfən yaradılmış CP/M - dən götürürdü, amma başqa fayl sistemindən istifadə edirdi.Microsoft firması QDOS-un liçenziyasını əldə etdi və 1980-сi ilin dekabrında 50000$-a İBM-ə satdı. 1981-ci ildə isə onun istifadəsini bütün hüquqları ilə bir yerdə aldı.

 MS_DOS əməliyyat sistemi x86 prosessorunda işləyir və 1 anda 1 əməliyyatı yerinə yetirə biləcək gücdədir. MS_DOS əməliiyat sistemi istifadəcilərə yalnızca əmr xəttinin interfeysindən istifadə etməyə icazə verdiyi üçün əlavə örtük proqramlar yaradılıb. Bunlar HYPERLINK "http://az.wikipedia.org/w/index.php?title=Norton&action=edit&redlink=1" o "Norton (səhifə mövcud deyil)" Norton Commander, Volkov Commander, DOS Navigator və MS-DOS Shell (DOSSHELL)-dir.

 Əsas Hissələri

 IO.SYS - Genişlənməsi BIOS

 MSDOS.SYS - Arakəsmələrin işlənməsi

 COMMAND.COM - komanda prosessoru

 Quraşdırma faylları:

 CONFIG.SYS — MSDOS.SYS-in inisializasiyası zamanı sistemin quraşdırılması və aparatlara sürücülərin (Driver) yüklənməsi.

 AUTOEXEC.BAT — Başlanğıc paket faylı. MS_DOS yüklənən zaman COMMAND.COM işə düşərkən başlayır.

 Sistem proqram tə'minatı  (SPT) kompüterdə informasiyanın e'malı  prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti tə'min edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bə'zən onu kompüterin bir hissəsi də hesab edirlər. əməliyyat sistemləri SPT-nın  əsas tərkib hissəsidir.

 Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər  proqramlarla qarşılıqlı  əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı  dialoqu  tə'min edə... n proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

Hiç yorum yok:

Yorum Gönder