19 Ekim 2012 Cuma

POP3 SMPT


POP3
POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3- cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur.Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir.POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür.Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər.

Mündəricat
Seansın vəziyyəti
POP3 protokolunda 3 seans vəziyyəti nəzərdə tutulub:
Avtorizasiya
Klient autentifikasiya, sistemin istifadəçini tanımaq prosedurunu keçir.
Tranzaksiya
Klient elektron poçtun vəziyyəti haqda informasiya əldə edir, qəbul edir və pozur.
Yenilənmə
Server seçilmiş məktubları pozur və əlaqəni bağlayır.
Protokolun komandaları
APOP [adı] [digest]
Bu komanda serverə istifadəçinin adını və şifrəsini (digest) ötürür.
Arqument
[adı] — poçt ünvanının adını göstərən sətir.
[digest] — MD5 alqoritmi ilə hesablanmış, istifadəçinin şifrəsi əlavə olunmuş müvəqqəti nişanın həş-yekunu.
Məhdudiyyət
Dəstəklənmə mütləq deyil.
Ehtimal olunan cavablar
• +OK maildrop has n message
• -ERR password suplied for [adı] is incorrect
USER [adı]
Serverə adı təqdim edir.
Arqument
[adı] — elektron poçtun adının göstərən sətir.
Məhdudiyyət
Yoxdur.
Ehtimal olunan cavablar
• +OK name is a valid mailbox
• -ERR never heard of mailbox name
PASS [şifrə]
Serverə elektron poçtun şifrəsini təqdim edir.
Arqument
[şifrə] — elektron poçtun şifrəsi.
Məhdudiyyət
Poçt ünvanının adının düzgün göndərişindən sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK maildrop locked and ready
• -ERR invalid password
• -ERR unable to lock maildrop
DELE [məlumat]
Server, seçilmiş məlumatları pozmaq üçün işarələyir.Pozulmaq üçün işarələnmış məlumatlar əslində yalnız tranzaksiya bağlandıqdan sonra pozulur. Tranzaksiyanın bağlanması adətən QUİT komandasının göndərişindən sonra baş verir (tranzaksiyanın bağlanma müddəti serverdə təyin edilmişdir).
Arqument
[məlumat] — məlumatın nömrəsi.
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK message deleted
• -ERR no such message
LIST [məlumat]
Əgər arqument göndərilibsə server seçilmiş məlumat haqda informasiya təqdim edir. Arqument göndərilmədiyi təqdirdə, server elektron poçtda yerləşən bütün məlumatları təqdim edir.
Arqument
[məlumat] — məlumatın nömrəsi (mütləq deyildir).
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK scan listing follows
• -ERR no such message
NOOP
Server heçnə etmir və müsbət cavab verir.
Arqument
Yoxdur.
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK
RETR məlumat
Server, nömrəsi göstərilmiş məlumatı ötürür.
Arqument
Məlumat – məlumatın nömrəsi
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK message follows
• -ERR no such message
RSET
İstifadəçi, pozmaq üçün bilmədən işarələdiyi məlumatları bu komandanı göndərməklə işarələrini götürə bilər.
Arqument
Yoxdur.
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK
STAT
Server poçtdakı məlumatların miqdarını və bu məlumatların poçtda tutduğu yerin miqdarını geri qaytarır.
Arqument
Yoxdur.
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK a b
TOP [məlumat] [sətrilərin sayı]
Server, göstərilmiş məlumatın başlığını, boş sətir və əsas məlumatdakı göstərilmiş birinci sətirlərin sayını geri qaytarır.
Arqument
[məlumat] — məlumatın nömrəsi.
[sətirlərin sayı] — neçə sətri çıxarmaq lazımdır.
Məhdudiyyət
Yalnız uğurlu identifikasiyadan sonra işləyir.
Ehtimal olunan cavablar
• +OK n octets
• -ERR no such message
QUIT
Arqument
Yoxdur.
Məhdudiyyət
Yoxdur.
Ehtimal olunan cavablar
+OK
Nümumə
Bu şifrələnmiş parol dəstəryi ilə olan (APOP, RFC 1939) sessianın nümunəsidir:
              S: <Server 110 portunda giriş əlaqələrini gözləyir>
              C: <serverlə əlaqə yaradır>
              S:    +OK POP3 server ready <1896.697170952@dbc.mtview.ca.us>
              C:    APOP mrose c4c9334bac560ecc979e58001b3e22fb
              S:    +OK mrose's maildrop has 2 messages (320 octets)
              C:    STAT
              S:    +OK 2 320
              C:    LIST
              S:    +OK 2 messages (320 octets)
              S:    1 120
              S:    2 200
              S:    .
              C:    RETR 1
              S:    +OK 120 octets
              S:    <server informasiyanı ötürür 1>
              S:    .
              C:    DELE 1
              S:    +OK message 1 deleted
              C:    RETR 2
              S:    +OK 200 octets
              S:    <server məlumat göndərir 2>
              S:    .
              C:    DELE 2
              S:    +OK message 2 deleted
              C:    QUIT
              S:    +OK dewey POP3 server signing off (maildrop empty)
              C:  <əlaqəni bağlayır>
              S:  <giriş əlaqələrini gözləməyə davam edir>
Şifrənin hərflərlə göndərilməsi, sessiyasının əvvvəlinin nümunəsi:
              C:    USER cache
              S     +OK User accepted
              C:    PASS cachepass

              S     +OK Pass accepted

SMTP


SMTP (ingiliscə Simple Mail Transfer Protocol – sadə poçt ötürülməsi protokolu) TCP/IP şəbəkələrində elektron poçtun ötürülməsində tətbiq olunan protokoldur.
ESMTP (Extended SMTP — genişləndirilə bilən SMTP). Adətən "SMTP protokolu" dedikdə ESMTP nəzərdə tutulur.
Protokola baxış
SMTP poçtun, istifadəçidən serverlərə və serverlər arasında poçtu qəbul edən tərəfə göndərilməsində istifadə olunur. Poçtu qəbul etmək üçün poçt klienti POP3 və ya IMAP protokolu istifadə etməlidir.Məlumatı ünvana çatdırmaq üçün onu ünvanın yerləşdiyi domenin poçt serverinə göndərmək lazımdır.Bunun üçün adətən DNS sisteminin MX (tələffüz: "em iks". Mail eXchange — poçt mübadiləsi) yazısı istifadə olunur. MX olmadığı təqdirdə elə həmin məqsəd üçün A tipli yazı istifadə oluna bilər.Bəzi müasir SMTP serverləri (məsələn Exim[1]) göndərilən ünvanın domendəki poçta xidmət edən serverini müəyyənləşməsi üçün SRV- yazı (RFC 2782)maraqlandıra bilər. SMTP protokolunun geniş istifadəsi 1980- cı illərə təsadüf edir. SMTP protokolundan əvvəl, məlumatı göndərən tərəfdən məlumatın göndərildiyi ünvanın tam olaraq marşrutu və kordinatlarını və ya məlumatı göndərən və məlumatı alan kompyuterlər arasında bilavasitə ya da daimi əlaqəni tələb edən UUCP protokolu istifadə olunurdu.Sendmail, SMTP ilə işləyən məlumatın göndərilməsi üçün istifadə olunan ilkin agentlərdən biri idi. Hal-hazırda SMTP protokolu elektron poçt üçün standart hesab olunur və onu bütün klient və serverlər istifadə edir.


Hiç yorum yok:

Yorum Gönder