13 Eylül 2013 Cuma

lutfizade



Qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfizadə tərəfindən irəli sürülmüşüdür. Hazırda qeyri-səlis məntiq sahəsində aparılan tədqiqatlar ən azı iki istiqamətə - Təqribi hesablama nəzəriyyəsi və Rəmzi qeyri-səlis məntiq istiqamətlərinə ayrılır. Nəzəriyyənin mahiyyəti tolerantlığındadır. Nəzəriyyəni ilk olaraq iqtisadiyyatlarına yaponlar tətbiq etdilər. Hazırda Yaponiyada istehsal olunan texniki avadanlıqların böyuk əksəriyyətinin üzərində qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq hazırlandığı bildirilir. Nəzəriyyə Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir.