Qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyəsi –
riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını
ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfizadə tərəfindən
irəli sürülmüşüdür. Hazırda qeyri-səlis məntiq sahəsində aparılan tədqiqatlar
ən azı iki istiqamətə - Təqribi hesablama nəzəriyyəsi və Rəmzi qeyri-səlis
məntiq istiqamətlərinə ayrılır. Nəzəriyyənin mahiyyəti tolerantlığındadır.
Nəzəriyyəni ilk olaraq iqtisadiyyatlarına yaponlar tətbiq etdilər. Hazırda Yaponiyada
istehsal olunan texniki avadanlıqların böyuk əksəriyyətinin üzərində
qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq hazırlandığı bildirilir. Nəzəriyyə
Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir.